Bu gün İsmayıllı Peşə Tədris Mərkəzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib -

19-10-2019, 00:15            354 dəfə baxılıb


 Dövlət Müstəqilliyi Gününə həsr edilən tədbir şanlı dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olunub. Torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir boyu Mərkəzimizin tələbələri tərəfindən vətənpərvərlik mövzusunda şer və mahnılar səsləndirildi.
Tədbirdə çıxış edən Ismayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Zaur Muradov vurğuladı ki, Azərbaycanın Dövlət Müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü ulu öndər Heydər Əliyevin 1994-cü il 15 oktyabr tarixli fərmanı ilə hər il qeyd edilir.
Tədbirin sonunda Zaur Muradov tədbiri hazırlayan müəllim və tələbə heyyətinə öz təşəkkürünü bildirdi.

18.10.2019







 
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.