Ərdoğan ABŞ-la razılaşmadan danışdı -

18-10-2019, 19:41            88 dəfə baxılıb
Cümə namazından çıxan zaman jurnalistlərin suallarını cavablayan Prezident Ərdoğan, ABŞ-la baş tutan razılaşma haqqında açıqlama verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan 120 gün uğurla başa çatsa, oktyabrın 11-də Putinlə görüşün  olacağını deyib: 
"Bir neçə gün öncə ABŞ prezidenti Donald Trampla telefon danışığımızda ona Ankaraya heyət göndərə biləcəyini və heyətlərarası görüş keçirə biləcəyimizi bildirdim. Sağ olsun, cənab Pensin rəhbərliyi altında dövlət katibi Mayk Pompeo və digər yoldaşlardan ibarət nümayəndə heyəti göndərdi. Görüş dünən baş tutub.

Görüş nəticəsində 13 maddəlik ortaq anlaşmamız oldu. Məlumdur ki, artıq 120 saatlıq müddət işləyir.. Bu müddət ərzində YPG terror qruplaşması təhlükəsiz zona kimi müəyyənləşdirdiyimiz bölgəni tərk etməlidir. Razılaşmamızı digər özəlliyi isə odur ki, bizimkilər də (Türkiyə Silahlı Qüvvələri.-red) orada qalacaq. Terrorçuların bölgəni tərk edib-etməyəcəklərinə nəzarət edəcəklər. 

Əgər 120 gün uğurla başa çatsa, 22 oktyabrda Vladimir Putinlə görüşüm  olacaq. Onunla görüşümü də bu müddətin ayrı ünsürü kimi qəbul edirəm. Bu görüşlərlə də bölgəyə "Barış Pınarı” ilə sülh gətirəcəyimizə ümid edirəm".  шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.