4000 şagird necə sinifdə qalıb? - Rəsmi cavab -

17-10-2019, 12:01            219 dəfə baxılıb
Təhsil Nazirliyi ötən il 4000 şagirdin sinifdə qalmasına münasibət bildirib.
Lent.az -ın məlumatına görə, təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında mövzu ilə əlaqədar bildirib ki, sözügedən məsələ nazirliyi narahat edən məqamdır:
"Şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən şagirdin il ərzində 4-dən çox fənndən nəticəsinin zəif olması onun sinifdə qalmasına səbəb olur. Əgər bu say 4-dən az olursa, sözügedən halda yay ərzində həmin şagirdlərə yay tapşırıqları verilir. Daha sonra onların növbəti tədris ilinin əvvəllərində fənnlər üzrə yenidən bilikləri qiymətləndirilir və nəticə müsbət olarsa, şagirdlər növbəti sinifə keçirilir".
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.