Bakıda direktor müəllimi intihar həddinə çatdırıb? - AÇIQLAMA -

16-10-2019, 16:32            99 dəfə baxılıb
Bakı məktəblərindən birində müəllimlə direktor arasında qalmaqallı iddialar səsləndirilib.

Oxu.Az xəbər verir ki, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə müəllim kimi çalışan 1970-ci il təvəllüdlü Babayeva Sədaqət Şirzad qızı polisə şikayət ərizəsi ilə müraciət edib.

Ərizədə qeyd olunub ki, çalışdığı 216 nömrəli məktəbin direktoru, 1980-ci il təvəllüdlü Bayramov Elnur işdən çıxmasını tələb edərək, onu intihar həddinə çatdırır. Qadın işdən çıxarılacağı təqdirdə intihar edəcəyini deyib.

Məsələ ilə bağlı 216 nömrəli tam orta məktəblə əlaqə saxladıq. Məktəbdən redaksiyamıza bildirilib ki, məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərən Sədaqət Babayevanın işdən çıxarılması ilə bağlı iddiası həqiqətə uyğun deyil:
"Belə ki, 11 oktyabr 2019-cu ildə Sədaqət Babayeva 102 xidmətinə zəng edərək intihar edəcəyini bildirib. Sədaqət Babayeva məktəbdə IX siniflər üzrə keçirilən ilkin diaqnostik qiymətləndirmənin nəticələrinə etiraz olaraq bu addımı atıb.

O, keyfiyyətə nəzarət lövhəsindən sinif rəhbəri olduğu IX b sinfinə aid qiymətləndirmə vərəqini çıxarıb, direktorun otağına daxil olaraq yüksək səslə etirazını bildirib. Daha sonra isə 102 xidmətindən gələn əməkdaşlara qarşı kobudluq edərək izahat yazmaqdan imtina edib”.

Qeyd edək ki, S.Babayeva ilə bağlı 2018-ci ildə də belə bir hal yaşanıb. O, dərs saatının azlığı ilə bağlı 102 xidmətinə zəng edərək şikayət edib. Onu da qeyd edək ki, müəllimlərə dərs yükü diaqnostik qiymətləndirməyə uyğun olaraq verilir.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.