UEFA-dan "Qarabağ"a 1 milyon 140 min avro -

15-10-2019, 15:04            64 dəfə baxılıb

Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında  iştiraka  görə  “Qarabağ”ın hesabına 1 milyon 140 min avro həmrəylik ödənişi daxil edilib.

UEFA Avropa Liqasında iştirak üçün  “Neftçi”yə 780 min avro, “Qəbələ”yə 260 min avro, “Səbail”ə isə 240 min avro həmrəylik ödənişi verilib.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.