“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? - AÇIQLAMA -

14-10-2019, 18:27            70 dəfə baxılıb
2014-cü il noyabrın 12-də cəbhə xəttində erməni helikopterini vuran İlkin Muradovun tikintidə fəhlə işləyərkən çəkdirdiyi fotosu müzakirələrə səbəb olub.

Aim.az ki, bir çox istifadəçi keçmiş hərbçinin fəhlələlik etdiyini iddia ediblər.

lkin Muradov yayılan məlumatın əsassız olduğunu bildirib:
"Dostum evində tikinti işləri aparır. Məndən də xahiş etdi ki, ona kömək edim. Mən də məzuniyyətdə olduğum və bu işləri bildiyim üçün ona yardım etdim. Həmin vaxt foto çəkdirdik. İnsanlar da bunu yanlış anlayıb. Həmçinin qeyd edim ki, fəhlə işləmək ayıb deyil. Amma mən hazırda Neftçala rayonunda yanğınsöndürən işləyirəm. Bu foto sosial şəbəkə istifadəçilərini yanıltmasın."

Qeyd edək ki, erməni vertolyotunun vurulmasını daha da məşhurlaşdıran "Vur, komandir, vur" ifadəsi olmuşdu.(Unikal)шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.