Tramp növbəti dəfə Türkiyəni hədələdi -

14-10-2019, 17:33            80 dəfə baxılıb
Türkiyəni böyük sanksiyalar gözləyir”.

Aim.az "Thmhaber”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"200 ildir bir-biri ilə müharibə aparan xalqlar arasında yeni bir savaşa girmirik. Avropanın İŞİD-də olan tutulmuş vətəndaşlarını geri almaq şansı var idi. Ancaq əvəzinin ödəmək istəmədilər. Dedilər: "ABŞ ödəsin”. Kürdlər bizi savaşa cəlb etmək üçün İŞİD üzvlərinin bəzilərini sərbəst buraxa bilər. Türkiyə və Avropa ölkələri onları rahatca həbs edə bilərdilər, amma cəld tərpənmədilər. 

Türkiyəni böyük sanksiyalar gözləyir. İnsanlar doğrudan NATO üzvü olan Türkiyə ilə savaşacağımızı düşünürlər? Sonu olmayan mühariblər bitəcək. Yaxın Şərqdə qalmağımızı istəyənlər bizi orada bataqlığa sürükləyənlərdir ”- deyə D.Tramp vurğulayıb. (Unikal)шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.