“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxdı -

10-10-2019, 17:55            132 dəfə baxılıb
“Qarabağ”ın legioneri Simeon Slavçev Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsində sabah Monteneqro ilə oyununda iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi xəstələndiyi üçün Podqoritsaya aparılmayıb.
Baş məşqçi Krasimir Balakov Simeon Slavçevin Sofiyada qalmasına qərar verib.
Qeyd edək ki, “Qarabağ”da Mahir Emreli zədəli olduğundan, Bəhreyn və Macarıstanla oyunlar üçün nəzərdə tutulmuş heyətdən çıxarılıb. Qara Qarayev də zədəli olduğundan, dünən Bəhreynlə oyunda meydanda olmayıb. Bundan başqa, ispaniyalı Xayme Romero zədə üzündən kollektiv məşqlərə yenicə qoşulmağa başlayıb.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.