"Qrupda ən azı ikinci olmağımız çox yaxşı olardı” - APOEL-in futbolçusu -

8-10-2019, 12:57            51 dəfə baxılıb

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in futbolçusu Roman Bezyak turnirdəki şansları barədə ölkəsi Sloveniya mətbuatına danışıb.

Qol.az xəbər verir ki, 30 yaşlı oyunçu əvvəlcə Kipr klubunun bu mərhələyə qədər keçdiyi yol barəsində fikirlərini səsləndirib: "Qarabağ”a evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra məşqçimizi əvəz etdik. Tomas Doll komandaya gələndən sonra mənim üçün hər şey bir gecədə dəyişdi. Bakıda 2:0 hesabı ilə qalib gəldik və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandıq. “Ayaks”a qarşı 2 möhtəşəm oyun keçirdik. Düzdür, bunu hücum mənasında demirəm, çünki bu rəqibə qarşı hücum futbolu oynaya bilmərsən. 5 oyunda 16 qol vurduq və bunun uğur olduğunu qeyd edə bilərəm”.

Daha sonra Bezyak komandasının AL-in qrup mərhələsindəki startının uğurlu olmadığını söyləyib: “Çempionlar Liqasında oynamaq üçün sənin birinci dərəcəli oyunçuların olmalıdır. Biz o səviyyədə deyilik.  Avropa Liqasında oynamaq bizim üçün mövcud reallıqdır.  Qrupda ən azı ikinci olmağımız çox yaxşı olardı”.

Qeyd edək ki, “Qarabağ” AL-in qrup mərhələsinin üçüncü turunda Bakıda APOEL ilə qarşılaşacaq.

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.