"Oğul, səni maşına qurban vermək üçün böyütməmişəm" -

7-10-2019, 19:45            119 dəfə baxılıb
Xalq artisti Bilal Əliyev Salyanda yaşayan atası ilə fotosunu paylaşıb.
Axşam.az bildirir ki, atasının istəyi ilə "Maşın" şoudan gedən müğənni bunları qeyd edib:
"Atam da, mən də sizləri salamlayırıq. Deyirəm, ata, dedin, gəldim. Niyə məni çağırdın? Qayıtdı ki, rəngin xoşuma gəlmədi, qorxdum sənə bir şey olar. Maşın gəlib-gedər, ancaq oğlumu tapa bilmərəm. Oğul, səni bu vətən üçün böyütmüşəm, bir maşına qurban vermək üçün yox. Atam deyir ki, sən orada kimdənsə səs istəyirsən, Allah sənə səslərin ən mükəmməlini verib. Başqa heç bir səs sənə gərək deyil. Mən də atama heç nə demədim, qucaqlayıb, üzündən, əlindən öpdüm".шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.