SON DƏQİQƏ: müharibə elan edildi, Türkiyə ordusu bu ölkəyə girir, dəhşətli SAVAŞ BAŞLAYIR - VİDEO -

7-10-2019, 14:48            57 dəfə baxılıb
"ABŞ bizə verdiyi sözün üstündə dayanmadı. Buna görə də Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlarına cavab verəcəyik”.

Publika.az xəbər verir ki, bunu PKK/YPG terror təşkilatının Suriya Demokratik Qüvvələri açıqlayıb.
Açıqlamada ABŞ qüvvələrinin Türkiyə-Suriya sərhədindən geri çəkildiyi də qeyd olunub.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Danışığın detallarını Ağ Ev açıqlayıb. Fərat çayının şərqində terror ünsürlərinə qarşı hazırlanan hərbi əməliyyatların müzakirə edildiyi danışıqda Türkiyənin yaxın zamanda Suriyanın şimalına doğru uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcəyi bilgisi verilib. ABŞ tərəfindən isə Silahlı Qüvvələrinin bu hərəkatı dəstəkləməyəcəyi və daxil olmayacağı qeyd olunub.

Daha əvvəl ABŞ Müdafiə Nazirliyi İŞİD terror təşkilatı ilə mübarizəni bəhanə edərək hərbi təchizat və logistika dəstəyi verdiyi PKK/YPG terror təşkilatına onları Türkiyəyə qarşı qoruyacağını sözünü vermişdi.
 
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.