Azərbaycanlı müğənni eşqini elan etdi, başını partlatdılar - FOTO -

4-10-2019, 15:51            162 dəfə baxılıb
 
 

Əslən azərbaycanlılardan ibarət "HammAli & Navai" duetinin iştirakçısı Nəvai Bəkirovun qazaxıstanlılara eşq elan etməsi ona baha başa gəlib.

Aim.az Oxu.Az-a xəbər verir ki, Nəvai Bəkirov Qazaxıstanda konsert zamanı başından xəsarət alıb.

Müğənni "Instagram" hesabının hekayə bölümündə başına gələn xoşagəlməz hadisə barədə məlumat paylaşıb.

"Qazaxıstandan ayrıldıqda qazax xalqına olan sevgimi etiraf etdim və cavab olaraq başıma bir şey atıldı. Nəticədə isə başım partladı. Təşəkkür edirəm".

Müğənni bundan sonra bir daha Qazaxıstanda çıxış etməyəcəyini söyləyib.
Qeyd edək ki, repçilər HammAli (Alexander Əliyev) və Navai (Nəvai Bəkirov) Rusiyada ən populyar qruplardan biridir. Əslən azərbaycanlı olan məşhurlar Rusiyada yaşayır və orada musiqi fəaliyyəti ilə məşğul olurlar.

Musiqiçilər məşhurluğu 2017-ci ildə əldə edib. Onların ilk hitləri olan "Pustite menya na tantspol" Rusiyanın ən çox dinlənilən 20 mahnısına daxil edilib. Duetin ən son hit mahnısı olan "Let Me On The Dance Floor" "YouTube"da 90 milyon baxış toplayıb.
Azərbaycanlı müğənni eşqini elan etdi, başını partlatdılar - FOTO


шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.