Azərbaycanda dəhşətli qətl - Gənc oğlan əmisini öldürdü - TƏFƏRRÜATLAR -

3-10-2019, 13:18            125 dəfə baxılıb
Tərtərdə qətl törədilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə "102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər - Z.Abbaszadə və C.Kərimov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisəni törədən C.Kərimov Z.Kərimovun qardaşı oğludur.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.