Bələdiyyə BNA-nı məhkəməyə verdi - Dayanacaq üçün pul istəyir -

2-10-2019, 16:19            88 dəfə baxılıb

Bakı Nəqliyyat Agentliyi "Qış bulvarı”nın altındakı yeraltı dayanacağa görə məhkəməyə verilib.

Aim.az  qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi Rayon Bələdiyyəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək BNA-ya qarşı iddia qaldırıb.


Bələdiyyə tələb edib ki, yeraltı dayanacaqda park üçün edilən ödənişdən hər maşına görə 10 qəpik də onlara verilsin. Lakin məhkəmə hesab edib ki, tələbin məzmunu aydın deyil və elektron qaydada müraciət edilməyib.

Buna görə də sənədlər geri qaytarılıb. Bələdiyyə bu çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.