Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ -

2-10-2019, 10:26            108 dəfə baxılıb

Yardımlı, Lerik və Şamaxıda qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən Redaktor.az-a verilən məlumata görə, oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək. Bu zaman Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Bundan başqa adıçəkilən idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.