Rafael Ağayev növbəti medalını qazanmaq üçün Moskvada yarışacaq -

1-10-2019, 15:00            62 dəfə baxılıb
Azərbaycan karateçiləri 4-6 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcək.
Oxu.Az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının VI mərhələsində 20 idmançımız mübarizə aparacaq. 
23 sentyabrdan Rusiyanın paytaxtına 10 günlük təlim-məşqlərə yollanmış 13 nəfərlik heyətlə birlikdə daha yeddi idmançımız turnirdə çıxış edəcək.

Kumite millimizdə Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev, Tural Ağalarzadə (hər üçü -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü -84 kq), Asiman Qurbanlı, Şahin Atamov, Əli Cəfərov (hər üçü +84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.
Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) kata çıxışlarına qatılacaq.
Qeyd edək ki, Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 karateçi yarışacaq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.