Dünyaca məşhur iki ifaçı eyni səhnəni bölüşəcək -

24-09-2019, 14:42            450 dəfə baxılıb

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edəcəklər.
AZƏRTAC xəbər verir ki, Veliçka Yoçeva Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxış edəcək. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.
Biletləri iTicket.az-dan əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Murad Hüseynov musiqimizi dünyanın mötəbər səhnələrində layiqincə təmsil edən sənətkarlardandır. Fransanın məşhur “Mezzo” musiqi telekanalında ilk dəfə çıxış edən azərbaycanlı musiqiçi bu günə kimi dünyanın məşhur kollektivləri ilə eyni səhnəni bölüşüb.
Məşhur violonçel ifaçısı Veliçka Yoçeva Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunudur. Hazırda Kanadada yaşayan ifaçı bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmaqla yanaşı, Monreal Universitetində elmi fəaliyyətini davam etdirir.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.