Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB -

21-09-2019, 10:52            931 dəfə baxılıb
2019-cu ilin avqustunda Türkiyə limanları vasitəsilə Azərbaycandan yük daşımalarının həcmi 30,1 min ton təşkil edib.
Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.
Məlumata əsasən, həmin müddət ərzində Azərbaycandan yüklər digər ölkələrin bayraqları altında üzən gəmilər vasitəsilə daşınıb.
Ötən ay Türkiyə limanlarına 4 601 gəmi daxil olub, onlardan 1 978-i Türkiyə bayrağı altında, 2 623-ü digər ölkələrin bayraqları altında daxil olub.
Gəmilərin ümumi brutto-registr tonnajı 58 316 380 ton təşkil edib.
Bu ilin yanvar-avqust aylarında Türkiyə limanlarına 35 716 gəmi daxil olub ki, onların brutto-registr tonnajı 516 701 650 ton təşkil edib.//Trend.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.