TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir -

19-09-2019, 21:29            48 dəfə baxılıb
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi çərçivəsində borudüzmə işlərinin 99%-dən çoxu başa çatdırılıb.

TAP konsorsiumundan "APA-Economics”ə verilən məlumata əsasən, aparılan işlər kəmərin marşrutu üzrə Albaniya, Yunanıstan və İtaliyadan keçən əraziləri əhatə edir.

Qeyd edək ki, TAP inşasına başlanılandan bəri işlərin 89,3%-i yekunlaşıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.