Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? -

19-09-2019, 17:00            49 dəfə baxılıb

Ər-Riyad rəsmilərinin müharibə bəyanatı onların məğlubiyyəti ilə nəticələnə bilər.
Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə İran – Səudiyyə Ərəbistanı münasibətlərinə münasibət bildirib.

Politoloq hesab edir ki, Yəməndə ayaqyalın Husilərlə bacara bilməyən Səudiyyə, bu qədər güclü hərbi texnikaya sahib olmasına baxmayaraq, məğlub durumdadır:
“Səudiyyə Ərəbistanın neft emalı zavoduna raket və Pua-larla hücumun qarşısının alınmaması, bu ölkənin nə qədər zəif hərbi kadrlara sahib olduğunu göstərdi. Ər-Riyad bundan sonra çətin ki, İranla müharibə aparmaqda maraqlı olsun. Səudiyyə Ərəbistanı ABŞ-dan müasir raket və aviasiya silahları almasına baxmayaraq, bu sistemləri idarə etmək qabiliyyətinə malik hərbi kadrlar yetişdirməyi bacarmır. Ümumiyyətlə, Səud ordusu sadəcə texnika cəhətdən geniş imkanlara malikdir. Bu kimi hadisələrlə hərbi heyətin döyüş bacarığı və müasir silahlarla işləmək qabiliyyətinin olmaması üzə çıxır. Adi piyada silahları ilə təchiz olunmuş Husilər qarşısında müasir silahlara sahib Səud əsgərləri məğlub olur”.
M. Əsədullazadə vurğulayıb ki, belə döyüş qabiliyyəti olmayan ordu ilə Ər-Riyadın regional güc olmaq uğrunda mübarizəsi, neft emalı zavodunun vurulması ilə fiaskoya uğradı:
“Halbuki bu ölkənin müasir havadan müdafiə raket sistemi- Patriotları var. Amma digər tərəfdən, bu hadisə ordu içində Husilərlə və İranla əməkdaşlıq edən zabit heyətinin olması faktının da üstünü aça bilər”.
Politoloq qeyd edib ki, ABŞ öz silahlarını bu ölkəyə satmasına baxmayaraq, Ər-Riyad İran qarşısında müdafiəsizdir:
“Bu hücum bunu bir daha göstərdi”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.