“Məktəblilərin ictimai nəqliyyatda gediş haqqından azad edilməsi mümkündür, amma...” -

19-09-2019, 11:23            1 024 dəfə baxılıb
Ərşad Hüseynov: “Bunun üçün qanunvericlikdə dəyişiklik edilməli, məlum yeniliyin tətbiqinin dəqiq mexanizmi müəyyənləşməlidir”


Bu günlərdə millət vəkili Fazil Mustafa maraqlı təkliflə çıxış edib. Millət vəkili yaşından asılı olmayaraq, məktəbli forması daşıyan şagirdlərə ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə hüququnun verilməsini təklif edib. Millət vəkilinin qənaətincə, belə bir humanist addımın atılması imkansız ailələrə böyük dəstək olar.

Maraqlıdır, məktəblilərin ictimai nəqliyyatdan pulsuz istifadəsinin təşkili mümkündürmü? Belə bir yeniliyin tətbiqi üçün hansı mərhələlərdən keçmək lazımdır?

Moderator.az-a açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sözügedən təklifi dəstəklədiyini vurğuladı:

“Bu təklifin reallaşması nəzəri baxımdan mümkündür. Belə bir addımın atılması yaxşı və gərəkli olar. Lakin bunun üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır. Hazırda Nazirlər Kabinetinin məlum qərarı mövcuddur. Yaxşı olardı ki, bu qərara dəyişiklik olunsun. Bundan sonra isə bunun mexanizmi müəyyən olunsun.

Ödənişsiz daşımalar elə bir məsələdir ki, bu, həm qanunvericilik baxımından dəqiq müəyyənləşməlidir, həm də güzəştin tətbiq edilmə mexanizmi dəqiq şəkildə təşkil edilməlidir. Bu gün metroda kart sistemi mövcuddur. Bakıdakı avtobusların bir hissəsi kart sisteminə keçib və digər avtobuslar da tədricən bu sistemə keçməkdədir. Bakı Nəqliyyat Agentliyinin, Təhsil Nazirliyinin, yaxud Nazirlər Kabinetinin özünün bunun mexanizmi haqqında düşünməsi mümkündür.

Dünyada yaxşı bir təcrübə mövcuddur. Güzəştli qruplara, tutaq ki, uşaqlara, tələbələrə, təqaüdçülərə xüssusi kartlar verirlər. Həmin kartlara vəsait dövlət büdcəsindən yüklənir. Yaxud həmin kartlardan istifadə zamanı qeydiyyat başqa cür aparılır, nəticədə aparılan hesabat nəticəsində güzəştli qrupların gediş haqqı dövlət tərəfindən kompensasiya olunur. Bu, hər halda düşünülməli və bunun tətbiqi üçün uyğun variant tapılmalıdır”.

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.