Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ -

18-09-2019, 15:44            1 007 dəfə baxılıb
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev özünə iki müşavir təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, V.Vəliyevin əmri ilə, Nigar Sultanova ATU rektorunun Beynəlxalq Əlaqələr üzrə, Malik Mehdiyev isə İqtisadiyyat üzrə müşaviri təyin edilib.

Rektorun digər əmri ilə, Zəkay Şayev Tədris Hissəsinin müdiri vəzifəsindən azad edilərək, Nəqliyyat fakültəsinə müvəqqəti dekan təyin edilib. Onun yerinə isə dossent İmran Yolçuyev Tədris Hissəsinin müdiri vəzifəsinə təyinat alıb.

Xəbəri Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qəzənfər Bayramov Unikal.org-a təsdiqləyib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.