Səfər Mehdiyev “Caspian Energy Forum Baku – 2019” forumunda iştirak edəcək -

17-09-2019, 16:20            56 dəfə baxılıb
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev sentyabrın 19-da keçiriləcək "Caspian Energy Forum Baku – 2019” 9-cu Beynəlxalq Forumda iştirak edəcək. Bu barədə "Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
 
Forum barədə danışan Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi və "Caspian European Club” arasında uzun illər ərzində qurulmuş sıx əməkdaşlığı yüksək qiymətləndirib. Səfər Mehdiyev deyib ki, iki struktur arasında yaradılmış birgə işçi qrup bir çox məsələləri operativ şəkildə həll edir və bu biznes dairələri ilə DGK arasında əməkdaşlığın daha bir etibarlı körpüsüdür.

"Caspian Energy Forum Baku – 2019” forumunun işində 50 ölkədən 1500-dən çox nümayəndə iştirak edəcək. Onların arasında dövlət qurumları, nazirliklər, dövlət komitələri, dövlət agentlikləri, dövlət xidmətlərinin rəhbərləri, eləcə də dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin, o cümlədən Azərbaycanda akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri var.

"Caspian Energy Forum Baku – 2019” 3 sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektoru, sənayenin inkişafı və infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələlərinə toxunulacaq, Azərbaycana investisiya qoyulması imkanlarından ətraflı bəhs olunacaq, ikinci sessiyada xüsusi diqqət kiçik və orta biznesin inkişafına ayrılacaq. Üçüncü sessiyada isə İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın kənd təsərrüfatı kompleksi və turizm potensialının inkişafı ilə bağlı müfəssəl hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, fasilə və işçi nahar zamanı iştirakçıların ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
 
"Ziraat Bank Azərbaycan”  ASC  9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un sponsorudur. Forumun partnyorları sırasında  "Azpetrol ltd” ASC, "AzərTelecom ASC, "AzeriCard” ASC, "İCODS Hilmer GMBH”, "Hellmann Worlwide Logistics”, "Nərimanfilm”, "Vien Group”, "NABUCCO A&C”, "Azprint” və "Transbroker” şirkətləri var.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com
Dünyanın 50 ölkəsindən 5000-dən çox şirkət və təşkilatı bir araya gətirən  "Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. "Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Eyni zamanda, "Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndələri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. "Caspian European Club”un ilk sədri Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri İlham Əliyevdir.
* Material, məlumat, məqalələri dərc edərkən və video və audio süjetlərin hazırlanmasında "Caspian European Club”un tədbirinə istinad mütləqdir.
Əlavə məlumat üçün aşağıdakı elektron ünvanlara müraciət etməyini xahiş olunur:
E-mail: editor@caspianenergy.net  URL: www.caspianenergy.net; www.caspianenergy.orgшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.