Qərb üçün DƏHŞƏTLİ SÜRPRİZ: Ərdoğan istədi, Putin bu gün göndərdi - FOTO -

14-09-2019, 18:20            105 dəfə baxılıb



Rusiya 17-22 sentyabr tarixlərində İstanbulda keçiriləcək TEKNOFEST aviasiya və kosmik texnologiyalar sərgisində nümayiş olunması üçün Su-35 qırıcısını Türkiyəyə göndərib.

Publika.az  xəbər verir ki, Baykar Texniki məsələlər üzrə direktor və Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbəri Səlçuk Bayraktar İstanbula enən qırıcının fotosunu paylaşıb.

"Sürpriz qonaqlarımızdan biri gəldi", - o, rus qırıcısının Türkiyəyə gəlməsini şərh edib.

Xatırladaq ki, avqustun 27-də Moskvada keçirilən "MAKS-2019" aviasiya və kosmos sərgisinin açılışında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə TEKNOFEST-ə Su-35 qırıcısının göndərilməsini təklif etmişdi. Qırıcını İstanbula göndərən Putin həmkarının təklifinə müsbət cavab verib.

Bu, Rusiya-Türkiyə əməkdaşlığının genişlənməsini həzm etməyən ABŞ başqa olmaqla, Qərbə növbəti sərt siqnal hesab oluna bilər. Ərdoğanın "MAKS-2019"-da olarkən Su-35 qırıcıları ilə yaxından tanış olması Qərb dairələrində müsbət qarşılanmamışdı. Su-35 qırıcısının Türkiyəyə gəlməsi həm də bu hərbi texnikanı əldə etmək istəyinin açıq ifadə olunması kimi qiymətləndirilir. Ankara dəfələrlə bəyan edib ki, ABŞ F-35 qırıcılarını satmaqdan imtina edərsə, Türkiyə alternativlər axtarmalı olacaq. Su-35 isə F-35 qırıcısına ən real alternativ hesab olunur.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.