“Azərbaycan millisini Avropada oynamaq üçün seçdim” – Eddi İsrafilov -

13-09-2019, 13:24            86 dəfə baxılıb

“Mənim İspaniya pasportum var. İspaniya millisində oynamaq mümkün olsa da, çətindir”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan millisinin və Sequnda təmsilçisi “Albasete”nin futbolçusu Eddi İsrafilov “Marca” qəzetinə müsahibəsində deyib.
İddialara görə, E.İsrafilov millinin “Avro-2020”də Uels və Xorvatiya ilə oyunlara bilərəkdən gəlmək istəməyib. Bəzi mənbələr onun AFFA-dan çox pul istədiyi, bəziləri isə zədəli olduğunu bildirib. Amma Eddi sentybarın 7-si (Uels – Azərbaycan matçının ertəsi günü) “Albasete” ilə “Deportivo” arasındakı matçda iştirak edib.
“Marca”ya müsahibəsində bu məsələyə toxunulmasa da, Eddiyə niyə Azərbaycan millisini seçməsi barədə sual ünvanlanıb. Buna cavabında o deyib: “Anam Azərbaycanda doğulub. Ona görə Azərbaycanı seçdim. Bunun sayəsində mən faktiki olaraq 15 dəfə xarici səfərdə olmuşam. Mən həmçinin Anqola millisində oynaya bilərdim. Mənim atam oralıdır. Amma Azərbaycanı seçdim. Çünki buna görə Avropada oynaya bilərdim”.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.