Avro BAHALAŞACAQ, yoxsa... - İqtisadçı AÇIQLADI -

13-09-2019, 10:17            103 dəfə baxılıb
ABŞ-Çin ticari münasibətləri avropalıların monetar qərarlarına təsirsiz ötüşmür.
Redaktor.az bildirir ki, iqtisadçı, alim Vüqar Bayramov Avropa Mərkəzi Bankının depozit faizlərini -0.40 faizdən -0.50 faizədək endirməsi barədə qəbul etdiyi qərara münasibət bildirib.
V. Bayramov hesab edir ki, bu qərar valyuta bazarına hələlik təsirsiz ötüşür:
“Amma bu addım funt sterlinqin zəifləməsi və Ağ Evin dolları ucuzlaşdırmaq istəyi fonunda avronun yaxın zamanlarda möhkəmlənmək imkanlarını xeyli azaltdı. Mərkəzi Bank bu ilin noyabrından etibarən aylıq 20 milyard avroluq bond satışı da həyata keçirmək niyyyətindədir. Bond proqramının nə vaxtadək davam edəcəyi barədə hər hansı bilgi verilməyib. “Əsas yenidən-maliyyələşdirmə əməliyyatları” və “marjinal maliyyələşdirmə” fasilitilər üzrə faizlər dəyişməz olaraq 0 və 0.25 faiz səviyyəsində saxlanılıb”.

V. Bayramov vurğulayıb ki, Avropa Mərkəzi Bankı gözlənilən nisbətən yumşaq qərar qəbul etsə də, belə hələlik Frankfurtda avronun möhkəmlənməsinə isti yanaşılmır:
“Avrozonada proqnozlaşdırılan iqtisadi artıma nail oluna bilməməsi fonunda ABŞ-Çin ticari münasibətləri də avropalıların monetar qərarlarına təsirsiz ötüşmür. Bütövlükdə, Avropa Mərkəzi Bankının son qərarı göstərir ki, digər aparıcı rəqiblərin xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozlaşdırımayan fors-major qərarları olmayacağı halda avronun kursunun yaxın zamanda səbət valyutalara nisbətən möhkəmlənməsi gözlənilirmir. Manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün milli valyutamızın dollara kursu Avropa puluna münasibətdə həlledici olacaq. Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda bizim valyuta bazarında da möhkəmlənməyəcək”.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.