Nazirin müşavirlərinin sayı 9-a çatdı – təhsil, bank işçiləri… -

12-09-2019, 16:20            29 dəfə baxılıb
Vergilər naziri Mikayıl Cabbarovun müşavirlərinin sayı 9-a çatıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin müşavirlərinin 2-si bank, 4-ü təhsil, 3-ü isə vergi sahəsində çalışıb.

Vergilər nazirinin müşaviri Hidayət Sultanov – bundan əvvəl 2015-2016-ci illərdə Azərbaycan Beynəlxalq Bankın (ABB) baş direktoru vəzifəsində işləyib. Həmçinin Baş Dövlət Vergi Müfəttişliyinin sədr müavini, “Lukoyl” neft şirkətində müşavir olub. “Mingəçevir İzolit” MMC-nin və “Azərtütün” MMC-nin Müşahidə Şurasının üzvüdür.

Vergilər nazirinin müşaviri Xaqani Abdullayev – bu vəzifəyə kimi, Mərkəzi Bankın sədr müavini olub.

Vergilər nazirinin müşaviri Elnur Əliyev – bundan öncə o, Təhsil Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

Vergilər nazirinin müşaviri Hüseyn Əliyev – bundan əvvəl Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, Təhsil nazirinin müşaviri olub.

Vergilər nazirinin müşaviri Əlipaşa Zeynalov - bundan əvvəl Təhsil Nazirliyi Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri, Təhsil Nazirinin köməkçisi işləyib. Həmçinin ATU-nun Psixiatriya kafedrasının assistentidir.

Vergilər nazirinin müşaviri Abdulla Tağıyev – bundan əvvəl Təhsil Nazirin müşaviri vəzifəsində işləyib. O, Təhsil Nazirliyinə tabe təhsil müəssisələrinin torpaq sahələri və digər daşınmaz əmlak üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin bərpa edilməsi və ya yenidən alınması işinin təşkili məqsədi ilə yaradılan işçi qrupunun rəhbəri olub.

Vergilər nazirinin müşaviri Manaf Bayramov – O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib. O, 2008-ci Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.

Vergilər nazirinin müşaviri Rəşad Həbibov – O, vergilər naziri Fazil Məmmədovun dövründən müşavir vəzifəsində çalışır. Bu vəzifəyə qədər, Vergilər Nazirliyində bir sıra rəhbər vəzifələri icra edib.

Vergilər nazirinin müşaviri Tariyel Quliyev – bu vəzifəyə kimi Vergilər Nazirliyində bir sıra vəzifələrdə rəhbər şəxs kimi çalışıb. Bakı şəhəri vergilər departamentinin rəisi olub.

Mikayıl Cabbarov keçmiş müşaviri Orxan Nəzərlini vəzifəsindən azad edərək, onu Vergilər Nazirliyinin Baş İdarənin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.