Mahir Emrelinin evini soyan şəxslərin kimliyi bilindi -

12-09-2019, 13:42            96 dəfə baxılıb
Binəqədi Rayon Polis idarəsinin əməkdaşları məşhur futbolçu, "Qarabağ” futbol klubunun hücumçusu Mahir Emrelinin evini soymaqda şübhəli bilinən şəxsləri müəyyənləşdirib.

Bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata əsasən, Qazax rayonundan olan iki nəfər yeniyetmə qarətdə şübhəli bilinir.
Sözügedən şəxslər saxlanılmadığı üçün adlarını açıqlanmır. Onlardan biri oğurluğa görə artıq məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. (oxu.az)шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.