8-ci mərtəbədən yıxılan uşağı tutan kişinin barmaqları sındı -

12-09-2019, 13:19            32 dəfə baxılıb

Rusiyanın Yekaterinburq şəhərində baş verəən hadisənin faciəvi sonluqla bitməsinə 57 yaşlı kişinin cəsarəti mane olub.

Anews.az xəbər verir ki, o küçə ilə gedərkən 8-ci mərtəbənin balkonundan sallanıb qalmış 7 yaşlı uşağı görüb:
"O qışqırırdı, barmaqlarının artıq onu saxlamağa gücü yox idi və bir neçə saniyə sonra əlləri balkonun kənarından qopdu. Özümü çatdırmağa çalışdım. Yalnız sağ qolumu son anda çatdıra bildim. Onu qucaqladım və hər ikimiz yerə yıxıldıq. Barmaqlarım qırıldı. Uşaq da travma aldı. Lakin həyati təhlükəsi yoxdur”,- deyə Aleksandr Prodovikov bildirib. Aleksandr qeyd edb ki, özünü qəhrəman hesab etmir və bu əməlinin qarşısında heç kimdən heç nə gözləmir.(bizimyol)шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.