"Bütün ölkəni sevindirdik" - Dmitri Nazarov -

12-09-2019, 11:14            30 dəfə baxılıb

"Xorvatiya ilə matçda biz  böyük mübarizə apardıq və bütün ölkəni sevindirdik. Bu pozitiv hissi özümlə "Erzgebirge"yə gətirdim. Özümü yaxşı hiss edirəm. Uels və Xorvatiyaya qarşı matçlarda demək olar ki, sonadək meydanda oldum. Nəticədə vacib oyun vaxtı qazandım".
Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya ikinci Bundesliqa təmsilçisi "Erzgebirge"də oynayan millimizin üzvü Dmitri Nazarov  "Tag 24"ə açıqlamasında deyib.
O,  2-ci Bundesliqada bazar günü "Osnabrük"ə qarşı keçirəcəkləri ev matçında oynamaq istədiyini bildirib: "Özümü burada rahat hiss edirəm, mənə istədiyim sərbəstlik verilir. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı oynamışam. Fikrimcə, Şuster mənim oyun keyfiyyətlərimdən xəbərdardır".

Qeyd edək ki, D. Nazarov Avro-2020-nin seçmə mərhələsində Uelsə səfər görüşündə (1:2) 86 dəqiqə meydanda olub. Xorvatiya ilə matçda (1:1) isə o, 90-cı dəqiqədə  Rəşad Eyubovla əvəzlənib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.