Ermənistanda işsizlik: ən ucuz işçi qüvvəsi kimlərdir? -

11-09-2019, 15:14            42 dəfə baxılıb


Ermənistanda 63085 nəfər işsiz olsa da, ölkədə ən ucuz işçi qüvvəsi hindlilər hesab olunur.
Bu barədə "Jovoxurd" qəzeti yazıb.
Bildirilib ki, Ermənistanda 2019-cu ilin iyul ayında 82820 nəfər iş axtarıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyib.
Qeyd olunub ki,  tikintidə işləyən ermənilər 5000-7000 dram tələb edirlər.
Hindistandan gələn miqrantlar isə eyni işi 3000 drama edirlər.
Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin birinci yarısında ölkəyə Hindistandan 15442 nəfər miqrant gəlib.
Hindlilər, əsasən, erməni kəndlərindəki istixanalarda işləyirlər. Onların əksəriyyəti Ararat və Armavir bölgələrindəki kəndlərdə yaşayırlar.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.