“Koreya İnsan Resurslarının İnkişafı Xidməti”-nin (HRD Korea) nümayəndə heyəti İsmayıllı Peşə Tədris Mərkəzində qonaq oldular. -

9-09-2019, 21:39            80 dəfə baxılıb
 

Koreya İnsan Resurslarının İnkişafı Xidməti”-nin (HRD Korea) nümayəndə heyəti ilə İsmayıllı Peşə Tədris Mərkəzinin pedoqoji heyyəti arasında görüş keçirilmişdir. Görüş zamanı Azərbaycanın “World Skills International” təşkilatına üzv olması üçün meyarlar müzakirə edilmiş, ölkəmizin bu meyarlara qısa zaman ərzində cavab verməsi üçün Koreya, eyni zamanda təşkilata üzv digər ölkələrin uğurlu təcrübələrinin bölüşməsi istiqamətində fikir mübadiləsi aparılıb.
İsmayıllı Peşə Tədris Mərkəzinin pedoqoji heyyəti Azərbaycanda Peşəkar Bacarıqlar üzrə Milli Çempionat Sisteminin Yaradılmasına dair aparılan sorğuda iştirak edərək öz töhfələrini verdilər.
Mərkəzimizdə qonaq olan “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”-nin (HRD Korea) nümayəndə heyəti İsmayıllı Peşə Tədris Mərkəzində təhsil alan tələbələr üçün yaradılmış şərait ilə yaxından tanış olmaq üçün Aşpaz, Dərzi və Xalçaçılıq peşələri üçün yardılmış emalatxanada oldular. Həmçinin təhsil alan tələbələrin işyerində öyrənmə proqramları ilə tanış olmaq məqsədi ilə İsmayıllı Peşə Tədris Mərkəzinin əməkdaşlıq etdiyi işəgötürən müəssisələrdə oldular.
Tədbirin sonunda xatirə şəkili çəkildi.

09.09.2019


















 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.