FHN Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yaydı -

7-09-2019, 16:20            23 dəfə baxılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
FHN-dən  verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sarıtəpə kəndində “Mercedes” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı sərnişin avtobusunda sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alan 4 sərnişini xilas edərək aidiyyəti üzrə təhvil veriblər.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.