Bakıda məhbus yoxa çıxdı - Sonuncu dəfə "Audi Q7"yə minib... -

6-09-2019, 21:40            41 dəfə baxılıb

Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Səbail rayonu ərazisində yoxa çıxıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.
Bakı sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər.

E.Rzayev nömrəsi bilinməyən "Audi Q7" markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər.
Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də dələduzluqda ittiham olunaraq həbs edilib.
Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.
Hazırda polis əməkdaşları axtarışları davam edir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.