ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər -

5-09-2019, 20:59            180 dəfə baxılıb

Göygöl Rayonunun Çaykənd kəndində iki erməni saxlanılıb.

Anews.az bildirir ki, bununla bağlı xəbəri gununsesi.org saytı yayıb. Adıçəkilən saytın iddiasına görə, Rusiya vətəndaşı olan erməni ər və arvad kənddə foto çəkərkən diqqəti cəlb edib. Saxlanılan zaman məlum olub ki, milliyyətcə erməni olan bu şəxslər Rusiya pasportu daşıyır.

Onlar turist kimi Gəncədə qalırmış. Hazırda onlar Göygöl rayonuna gətirilib.

Qeyd edək ki, Çaykənd kəndi düşmənlə təmas xəttindədir.

Məsələ ilə bağlı məlumat almaq üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlıya etdiyimiz zənglər cavabsız qaldı.

Mövzuya qayıdacağıq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.