Vilayət Eyvazov bu rayonların sakinləri ilə görüşəcək -

4-09-2019, 13:51            33 dəfə baxılıb

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il sentyabr ayının 28-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində vətəndaşlarla görüş keçirəcək.

Bu barədə Daxili İşlər Nazirliyini mətbuat xidmətindən Aim.az-a məlumat verilib.

Verilən məlumata görə, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.


Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.