Belə bir biabırçı mənzərəni Tovuzun icra başçısı görməyə bilməz... - Yəqin adama ləzət eləyir... -

31-08-2019, 14:20            92 dəfə baxılıb
Tovuz rayonunun ərazisindən keçən Tovuz və Əsrik çayları zibillənib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, çaylara müxtəlif məişət tullantıları, heyvanların iç orqanları və dəriləri atılıb.

Çayın məcrasındakı zibillər ətrafda antisanitar vəziyyət yaradıb.

Çay kənarında yerləşən obyektlərin çirkab suları da birbaşa çaya axıdılır. Zibilin çoxluğundan çayda suyun axın istiqaməti belə görünmür.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən Oxu.Az-a deyilib ki, hadisədən xəbərsizdirlər.

“Əraziyə baxış keçirib açıqlama verəcəyik”, - deyə İcra Hakimiyyətindən bildirilib.









шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.