“Aznur Trade” şirkəti cərimələnib -

30-08-2019, 12:48            41 dəfə baxılıb
Nərimanov Rayon Məhkəməsində “Aznur Trade” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarılıb.

"Report"un xəbərinə görə, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola əsasən cərimə edilib.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

"Aznur Trade” MMC Azərbaycanda “Belarusskiy” ticarət şəbəkəsini idarə edir. "Belarusskiy" mağazalar şəbəkəsində Belarusun istehsalı olan geniş çeşidli qida məhsulalrı satılır. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.