Qəbəldə YAP-çı iş adamını kimlər “dəli” etdilər ? -

30-08-2019, 09:25            80 dəfə baxılıb
 
 

Bu günlərdə Qəbələnin hörmətli ailələrindən birinin nümayəndəsi, Qəbələnin ilk iş adamlarından biri olan Azər Ağamurad oğlu İsmayılov büromuza ərizə ilə müraciət edib. Onun müraciətini oxuduqda dəhşətə gəldim.

Mən, Azər İsmayılovu hələ 1990-cı ildən tanıyıram. O, Qəbələdə uğurlu fəaliyyəti ilə tanınış “Metalçı” korperativinin təsisçisi idi. Bu korperativ hələ 1988-ci ildə yaradılmışdı. Sonradan fəaliyyətini genişləndirən İsmayılov “AKA” kiçik müəssisəsini yaratdı. Azər İsmayılov daha sonralar Qəbələdə və Qəbələdən kənarda tanınmış “Metal-A” MMC-ni təsis etdi və hazırda da onun direktorudur. Azər bəyin ərizəsini oxuduqda belə anlaşılırdı ki, o sən demə dəli imiş. Yəni ruhi xəstəymiş.

Azər İsmayılov özünün “dəli olduğunu” 2018-ci ilin iyun ayında bilib. Bu barədə məlumatı ona Qəbələ RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Niyazov Emil Daşdəmir oğlu bildirib. Biz, iş adamı Azər İsmayılovun başına gətirilmiş oyunlar barədə daha tutumlu araşdırma aparmaq qərarına gəldik. Eyni zamanda ona yapışdırılmış ruhi xəstə diaqnozunun mahiyyətini sizlərlə paylaşırıq. Polis təhqiqatçısının Azər İsmayılova təqdim etdiyi sənəddə deyilir:

“Araşdırmamız zamanı Qəbələ RMX-dən alınmış məktuba əsasən İsmayılov Azər Ağamurad oğlunun 1997-ci il tarixindən “Şizofreniya paranoid forma” diaqnozu ilə Qəbələ RMX-nin poliklinika şöbəsinin psixiatriya kabinetində qeydiyytda olduğu bildirilmişdir”

“Şizofreniya” nədir, şizofreniyanın əlamətləri və əsas simptomları nələrdən ibarətdir?

Əsası olmayan düşüncələrin olması, xüsusi ilə tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə, zərər görmə düşüncələri, düşüncələrinin başqa insanlar tərəfindən oxunması və ya yad düşüncələrin ağıllarına yerləşdirilməsi və sair kimi reallıqla örtüşməyən düşüncələrin biruzə verməsi.

Halusinasiyalar, olamayan şeylərin gözə görünməsi, əmr verən səslər, aşağılayan, danlayan və ya öz aralarında danışılan əslində olmayan səslərin eşidilməsi kimi duyğu orqanlarının qavrama qabiliyyətinin pozulması.

Danışıq qabiliyyətininpozulması, uyğunsuz danışma, çox və mənasız danışma, cümlənin qramatik quruluşunun pozulması, yeni sözlər “kəşv etmə”.

Davranış qabiliyyətlərininpozulması, hərəkətlərdə yavaşlama və ya donmalar (katatoniya)

Emosiyalarınazalması, özünə qapanma, az danışmaq və ya susmaq.

Bəs paranoid nə deməkdir? Bunu da bir qədər araşdırdıq:

Paranoid Şəxsiyyət Pozuntusu (Paranoid Personality Disorder), aşağıdakılardan ən az dördünün olduğu ,yeniyetməliyin ilk mərhələlərində başlayan ,başqalarının davranışlarını mənfi niyyət şəklində şərh edib, davamlı olaraq güvənsizlik və şübhə hissləri keçirən bir vəziyyətdir.

1-Kafi bir təmələ dayanmadan başqalarının ondan istifadə etdiyini, aldadıldığını və ya özünə zərər verdiyini düşünür.

2-Dostlarının və ya is yoldaşlarının ona olan bağlılığı və ya inamı ilə bağlı yersiz şübhələri var.
3-Danışdıqlarının ona qarşı mənfi niyyətlə istifadə ediləcəyindən yersiz yerə qorxduğundan dolayı sirr vermək istəmir.

4-Bəsit sözlərdən və ya hadisələrdən aşağılandığı və ya qorxudulduğu formada mənalar çıxarır.
5-Davamlı olaraq kin saxlayır, haqsızlıqları, diqqətdən kənar qalmağı (görməzlikdən gəlinməyi) və ya qürur qırıcı davranışları bağışlamır.

6-Başqaları tərəfindən hiss olunmayan, amma özü tərəfindən dərk olunan, xarakterinə və ya hörmətinə təsir göstərdiyi formada bir qənaətə gələrək, qəzəb və ya əks hücum ilə qəfil reaksiya göstərir.

7-Haqsız yerə, yoldaşının və ya dostunun sədaqətsizliyi ilə bağlı şübhələrə tutulur.

Paranoid Şəxsiyyət Pozuntusu olan insanların ümumi davranışları araşdırıldıqda, iş yoldaşlarının və yaxın dostlarının onlara bağlılığı haqqında davamlı şübhə vəziyyətindədirlər. Buna görə də səmimiyyət qurmaqdan uzaq olurlar. Səmimi münasibət qurduqda; bu müna-sibətdəki paylaşımların gələcəkdə onlara əks olaraq istifadə olunacağını düşünürlər. Onlara istiqamətlənən şəxsi sualları sevmirlər, məhrəm sahələri olduqca çox dərk edirlər. Yoldaşlarına, sevgililərinə yönəlik yaratdıqları inamsızlıq onları davamlı nəzarət etmə istəyi istiqamətində ortaya çıxır. İkili münasibətlərdə sədaqətsizliyə uğrama qorxuları olduqca çoxdur. Bu səbəbdən bir çoxu yalnız qalmağı üstün tutur. Tənqidə qarşı həddən artıq həssas olduqlarına rəğmən insanları tənqid etmə kimi davranışları yüksəkdir. Günahlandırılmağı qəbul etmirlər, lakin asanlıqla başqalarını günahlandıra bilərlər. Bu tərəfləriylə dəyərləndirildikdə istifadə etdikləri mexanizm müdafi mexanimzi olan proyeksiya adlanır.

Azər İsmayılovu tanıyan biri olaraq mən həyatım boyu onda bu əlamətlərdən heç biriylə rastlaşmamışdım. İş adamını, 2000-ci ildə YAP-ın üzvü olan bir insanı kimlər və nə üçün dəli elan etmişlər? Bu barədə geniş araşdırmaya əsaslanan yazımızla yaxın günlərdə tanış olacaqsınız. Hələkisə Sizlərə onun bizim büroya daxil olmuş ərizəsini təqdim edirik.



Qəbələ şəhəri.29 avqust 2019-cu il



Xəbərfakt.az informasiya agentliyinin büro rəhbəri

Şahin Cavadov.


 
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.