Qəbələyə kim od vurur? -

26-08-2019, 10:25            84 dəfə baxılıb

Neçə gündür Qəbələ rayonu ərazisində meşələr və  bəzi sahələr od tutub yanmaqdadır. Bundan qabaq Oğuz rayonunun Calud meşələrində, Muxax ərazisində də həftəylə sürən yanğınlar baş vermişdi.
      Dünən Qəbələ ərazisində 19 müxtəlif yerdə yanğın olması barədə məlumatlar almışıq.
      Gələk meşələrə. Biz çoxdandır meşələrin qırılıb, talan edilməsi barədə çəkiliş və araşdırmalar aparırıq. O qədər çox material toparlanmışdır ki, yazıb, ortaya çıxarmaq üçün xeyli vaxt lazım gələcək . Meşələrimiz sanki düşmən işğalına uğrayıb.
      Meşə qıranlar və qırdıranlar da iş başındadırlar. Onlar qırıb, talan etdikdən sonra izi itirmək məqsədi  ilə meşələrə od vuraraq, silib, təmizləmə işləri aparırlar. Bu gün Qəbələnin Solqıca, Dandıx, Abrıx ərazilərində yanğınlar o qədər şiddətlənib ki, Qəbələ şəhərinin özünü belə zaman-zaman tüstü bürüyür. Bum qəsəbəsinə isə göydən köz yağmağa başlayıb. Bu isə daha geniş ərazilərin də yanacağından xəbər verir.
      Biz, meşələri kimlərin yandırdığı , nədən yandırdığı barədə yaxınlarda geniş yazılar yazacağıq. Bu yanğınların kimlərin cibini daha da şişirdiyi də ortaya qoyulacaq. Hələliksə Tanrıdan yağış diləməkdən başqa əlimizdən heç nə gəlmir.


Qəbələ şəhəri, 25 avqust 2019-cu il.
Şahin Cavadov
Xəbərfakt.az İnformasiya agentliyinin
Büro rəhbəri.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.