Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək -

22-08-2019, 09:23            45 dəfə baxılıb

Sentyabrın 13-də violonçel ifaçısı Camal Əliyevin Qreyşotda (Böyük Britaniya, Hempşir) konserti olacaq. O, LMP (London Mozart Players) Kamera Orkestri ilə birgə çıxış edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və orkestrin saytlarında yer alıb. Konsertdə P.Çaykovskinin “Rokoko mövzusunda variasiyaları” səsləndiriləcək.
Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.