"Çelsi"nin oyununun hakimi "probka"da qaldı - matçı başqası idarə etdi -

19-08-2019, 16:26            84 dəfə baxılıb
İngiltərə Premyer Liqasının 2-ci turunda ötən gecə keçirilən “Çelsi” – “Lester” oyununda qəribə hadisə baş verib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, matça təyinat alan hakim Qraham Skott tıxacda qalaraq qarşılaşmaya gecikib. Bu səbəbdən “Stemford Bric”də keçirilən görüşü 4-cü hakim Oliver Lanqford idarə edib.

Qraham Skott Londonda yolda zəncirvari qəza baş verdiyi üçün tıxaca düşüb. O, oyunun başlamasına 10 dəqiqə qalmış stadiona çatsa da, görüşü idarə etməsinə icazə verilməyib. Nəticədə ehtiyat hakim Oliver Lanqford hakimlik karyerasında ilk dəfə Premyer Liqa matçında baş hakim olub.

Xatırladaq ki, “Çelsi” – “Lester” oyunu 1:1 hesabı ilə başa çatıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.