Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? - TƏHLİL -

17-08-2019, 13:56            49 dəfə baxılıb


Naira Ayrumyan

lragir.am (Ermənistan), 15.08.2019

Mülki Aviasiya Komitəsi aeroportların sertifikatlaşdırılması və hava hərəkətinin təşkili İdarəsinin başçısı Qalust Petrosyan Türkiyənin Naxçıvana uçuş üçün Ermənistan ərazisindən istifadə etməmək qərarını şərh edərək Türkiyədən Naxçıvana uçmaq üçün Ermənistanın hava məkanından istifadə etməmək qərarının siyasi məsələlərə bağlı olmadığını deyib.

Komtə təmsilçisi söyləyib: “Türkiyə bu sahədə – hava məkanının özünə aid hissəsində yeni magistral açıb və reyslər bu marşrutla gedəcək. Söhbət həftədə bir reysdən gedir. O, Naxçıvana Ermənistanın hava məkanından keçirdi, onlar indi, təbii, xərcləri və uçuşun ümumi müddətini azaldan daha səmərəli variant seçiblər”.

Uzunluğu cəmi 15 km olan Azərbaycan-Türkiyə sərhədi Araz çayı boyunca keçir və Naxçıvan Muxtar Respublikasının şimali-qərb hissəsində yerləşir. Bu dəhliz Türkiyə və İranın ərazi mübadiləsi apardığı 1930-cu illərdə meydana çıxıb. İran Kürdüstanda ərazi mübadisinə görə Ağrı dağının iki zirvəsi arasındakı ərazilərdən imtina edib.

Artıq xeyli il Azərbaycana Ermənistan və ya İran hava məkanları üzərindən reyslər edən Türkiyə niyə birdən onu Naxçıvanla bağlayan dəhlizi yada salıb? Xatırladaq ki, Türkiyəni Azərbaycan ərazisinə bağlayan bu dəhlizin eni cəmi 13 km-dir və bu, Türkiyəni Azərbaycan ərazisinə bağlayan yeganə məkandır.

1921-ci il Rusiya-Türkiyə müqavilələrinə əsasən, Naxçıvan Azərbaycanın protektoratlığına verilib. Türkiyə və Ermənistan 100 il qabaq Naxçıvan uğrunda döyüşüb – özü də dəyişkən uğurla – Erməınistan vilayəti iki dəfə tutub və öz hissəsi elan edib. Naxçıvan yalnız Rusiya-Türkiyə uzlaşması və britaniyalıların dəstəyi sayəsində Azərbaycana qalıb.

Politoloqlar Naxçıvanın statusunu və Azərbaycana məxsusluğunu son dərəcə dişbatan sayırlar. Bölgədə tektonik tərpənişlər başlarsa, ilk “qurban” Naxçıvan olar. Hər şeyə əsasən, Türkiyə bunu duyur və sığortalanmağa çalışır.

Türkiyə prezidenti Ərdoğan hələ 2017-ci ildə bildirib ki, Türkiyənin təhlükəsizliyi “Batumi, Naxçıvan, Balkanlar və Hələbdən” başlanır. Türkiyə bundan sonra Naxçıvanda açıqcasına möhkəmlənməyə başlayaraq, birgə təlimlər və bölmələr altında, faktiki orada qoşun yerləşdirib.

Türkiyənin belə inadı Azərbaycanın çox da ürəyinə yatmır – təsadüfi deyil ki, Bakı artıq uzun illərdir Türkiyəyə vizasız rejim verməkdən imtina edir. Yalnız bu yaxınlarda bəlli olub ki, Azərbaycan Türkiyə vətəndaşları üçün vizasız rejim təqdim etməyə, amma təkcə 30 gün müddətinə razılaşıb. Bakı gizlətmir ki, hansısa məqamda anşlyusa (birləşmə-tərc.) çevrilə biləcək ekspansiyadan qorxur. Bakı İranın da fikrini nəzərə alır.

Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvi haqda danışıqların 2012-ci ildə iflası İranın mövqeyi ilə şərtlənmişdi. KİV-lərin yazdığı kimi, İran Azərbaycana ultimatum verib: “Bakı Türkiyə vətəndaşları üçün vizanı ləğv edərsə, İran vətəndaşları üçün də eynisini etməlidir, əks halda, İran Azərbaycanı Naxçıvanla əlaqəyə malik olmaq imkanından məhrum edər”.

Türkiyənin İranın 100 il əvvəl ona verdiyi dar dəhlizdən faydalanmaq qərarı, habelə Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvi bundan xəbər verə bilər ki, Ankara Bakı və Tehrana baxmadan Naxçıvanı birbaşa özünə bağlamaq qərarına gəlib.

Tərcümə Strateq.az-ındır.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.