Neftçilərin həyatı TƏHLÜKƏDƏ -

10-08-2019, 15:02            126 dəfə baxılıb
"Neft Daşlarından sahilə qayıdan işçilər gətirən General Əsədov gəmisi ilə xarab olaraq yolda qalıb”,  bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib.

Mirvari Qəhrəmanlı qeyd edib ki, dənizin ortasında gəminin mühərriki sıradan çıxıb:

"General Əsədov gəmisi ilə Neft Daşlarından sahilə qayıdan işçilər məlumat verdi ki, xarab olan gəmini birtəhər Çilov tərəfə aparıblar. Dəniz dalğalı olduğu üçün işçiləri başqa gəmiyə keçirə bilmirlər”,- deyə M.Qəhrəmanlı qeyd edib.
 
шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.