Türkiyə Batumi sərhədinə ordu yığmışdı - Sensasiya -

9-08-2019, 12:10            122 dəfə baxılıb
2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi zamanı Fransa Prezidenti Nikolya Sarkozi özünü kloun kimi aparırdı.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Sarkozi amerikalıların rolunu azaltmağa cəhd edirdi. Amerikalılar istəmirdi ki, müharibənin qarşısının alınması və Rusiya ilə danışıqlar missiyasını məhz o icra etsin. Sarkozi faktiki olaraq amerikalıları diplomatik prosesdən uzaqlaşdıraraq, ikili oyun oynadı. Gəlin belə deyək, bu missiyanın müsbət tərəfi Rusiyanın üzərinə qoşunların çıxarılmasına dair öhdəliyin qoyulması idi, lakin digər tərəfdən bu missiyanın mənfi nəticələri də oldu. Belə ki o, amerikalıları buradan ayrı tuta bildi, Rusiyaya təhlükəsizlik zonası verdi. Sarkozinin davranışının ən pis hissəsi o idi ki, fransız lider bir neçə il sonra bağlanan razılaşmanı unutdu. O bu razılaşmanı Rusiyadan alacağı “Mistral”lara dəyişdi”, - Saakaşvili bildirib.

O həmçinin Almaniyanı da mövqeyinə görə tənqid edərək, məhz Berlinin avqust müharibəsi dönəmində ruslara azad hərəkət etmək imkanı verdiyini deyib.

Rusiyanın avqust müharibəsi zamanı Batumini ilhaq etməməsinə əsas səbəb kimi isə Saakaşvili Türkiyəni göstərib:

“Mən sizə deyə bilərəm ki, hələ heç kim Rusiyanın Gürcüstanı tam işğala başlayacağı zaman necə hərəkət edəcəyini, Ərdoğanın planının nə olduğunu bilmir, amma o zaman Türkiyə ordusu sərhədə toplanmışdı. Məhz bu səbəb ucbatından Rusiya Batumini işğala cəhd etmədi”.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.