Novruz Aslan və Hikmət Babaoğlunun yeni layihəsi -

6-08-2019, 14:37            134 dəfə baxılıb
Azərbaycanın milli sərvəti sayılan Qarabağ atlarına həsr olunmuş yeni mahnı ərsəyə gətirilib.
AZƏRTAC xəbər verir ki, mahnının musiqisi Novruz Aslana, sözləri Hikmət Babaoğluna məxsusdur. Mahnının yaradılmasında məqsəd bu günə kimi Azərbaycan atlarına dair heç bir mahnının olmamasıdır. Canlı alətlərin istifadə olunduğu mahnını Xalq artisti Teyyub Aslanov ifa edib. İfaçını Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara və zərb alətləri), Emil Əfrasiyab (fortepiano) və Aydın Yəhyayev (nəfəs alətləri), Saleh Məmmədov (bas-gitara), “Kvartet” qrupu (simli alətlərdə) müşayiət edib.
Bildiyiniz kimi, 1996-cı ildən Azərbaycan Atcılıq Federasiyası yaradılıb və bu günə kimi kifayət qədər nailiyyətlər əldə olunub. 2007-ci ildə Milli Məclis tərəfindən “Atcılıq haqqında” qanun da qəbul olunub.
Mahnını bu linkə -https://www.youtube.com/watch?time_continue=94&v=ghGM23xzERA daxil olmaqla izləyə bilərsiniz.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.