Yığmamız dünya ikincisi oldu -

5-08-2019, 10:40            109 dəfə baxılıb
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatına yekun vurulub.

Unikal.org  xəbər verir ki, Yunan-Roma güləşi üzrə yığmamız mundialda uğurlu çıxış edib. Sofiyaya yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.

Beləliklə, güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya ikincisi olub. İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü yeri tutub.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.