Dəhşətli qətl - "WiFi" parolunu dəyişən bacısını öldürdü -

4-08-2019, 10:46            97 dəfə baxılıb

ABŞ-ın Corcia ştatında böyük bacısını xüsusi amansızlıqla öldürən yeniyetmə ömürlük həbs cəzasına məhkum olunub.
AJC portalının Meykon vilayətinin prokurorluğuna istinadən verdiyi məlumata görə, bacı və qardaş arasında mütəmadi olaraq müəyyən mübahisələr olub. Lakin 2018-ci ilin fervalında baş verən mübahisə faciə ilə nəticələnib.
Belə ki, 18 yaşlı Kevon Votkins videooyunlar oynamaq üçün routerin "WiFi"nı dəyişib. Nəticədə tərəflər arasında mübahisə düşüb və yeniyetmə bacısını təxminən 15 dəqiqə müddətində boğub. Xilasedicilər hadisə yerinə gəldiyi zaman, Kevon bacısını buraxmaq istəməyib.
Təcili yardım xidmətinin əməkdaşları tibbi müdaxilə edərək qızı ayıltmaq istəsələr də onların cəhdləri uğursuz olub. Xəstəxanada həkimlər yeniyetmə qızın öldüyünü təsdiqləyiblər.
Ömürlük həbs cəzasına baxmayaraq, gənc oğlan bir müddətdən sonra apelyasiya məhkəməsinə müraciət edə bilər./reportшаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.