Lənkərandakı bu bağçada uşaqlara qurdlu yemək verilir? — Valideylərin direktorla kabinetdəki söhbətinin SÖHBƏTİN GİZLİ VİDEOSU -

2-08-2019, 13:54            37 dəfə baxılıb

Lənkəran şəhəri 5 saylı uşaq bağçasının keçmiş tərbiyəçisi Mirzəyevə Nuridə Arif qızı "Ölkə.Az"-ın redaksiyasına şikayət müraciəti edib. Şikayətçi bildirir ki, bağçanın müdiri Aybəniz Hüseynova ayrılan ərzaqı təyinatı üzrə istifadə etmir:

"2014-2018-ci illərdə Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışmışam. İşdən çıxarılmağıma səbəb dövlət tərəfindən verilən ərzaqların təyinatı üzrə istifadə edilməməsi olub. Belə ki, bu barədə müdirimiz Aybəniz xanıma yaxşınlaşaraq, fikrimi bildirdim. Hətta məndən əvvəl valideynlər də narazılıqlarını bildirmişdilər. Aybəniz Hüseynova isə cavabında bildirib ki, xoşunuza gəlmirsə, uşağını başqa bağçaya apar. Mən Aybəniz xanıma o sözü deyəndən üç saat sonra icra nümayəndəliyindən Günəş adlı qadın gəldi və bildirdi ki, sənin bağçada hazırlanan yeməklərə qarışmağa ixtiyarım yoxdur. Və mənə icra başçısının əmri ilə işdən azad edildiyimi dedi. Hazırda haqqımın tanınması üçün məhkəməyə müraciət etmişəm".

N.Mirzəyeva valideynlərlə direktorun bu barədə söhbətindən çəkilmiş videonu da saytımıza yollayıb. Videoda valideynlər uşaqlara verilən yeməyin keyfiyyətsiz olduğunu, bəzi yeməklərdən qurd çıxdığını deyirlər.
Direktor Aybəniz Hüseynova əməkdaşımızla söhbətində barəsində səsləndirilən fikirləri təkzib edib:
"O müəllimə işə gec gəlirdi, vaxta riayət etmirdi, uşaqlarla məşğələlər keçmirdi. Mən də ona irad bildirdim. Biz nümunəvi bağçayıq, qidayla bağlı problemimiz yoxdur. Dəfələrlə irad bildirsəm də, qaydalara əməl etmədi. Ona görə də işdən çıxarılıb".("Ölkə.Az")



шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.