“Qarabağ” və Vaqner UEFA-nın manşetində -

1-08-2019, 13:34            35 dəfə baxılıb

“Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Dundalk” üzərində qazanılan 3:0 hesablı qələbə ilə UEFA-nın diqqət mərkəzinə düşməyi bacarıb.
Qol.az xəbər verir ki, “Dalğa Arena”da irlandları məğlub edən Ağdam klubunun bu qələbəsi qitənini ali futbol qurumunun rəsmi saytının manşetində yer alıb. Sayt dünən gecə keçirilmiş oyunlar arasında “Qarabağ”ın matçını ön plana çəkərək bu görüşdən fotonu manşet yazısında (baş yazı) yerləşdirib.
Bundan başqa, Ağdam klubunun qapıçısı Vaqner da Silvanın şəkli UEFA Çempionlar Liqasının səhifəsində baş xəbərdə yerləşdirilib.
Qeyd edək ki, “Qarabağ” “Dundalk”ı mübarizədən kənərlaşdıraraq (1:1, 3:0) ÇL-də üçüncü mərhələyə yüksəlib. Bu mərhələdə Qurban Qurbanovun komandası Kiprin APOEL klubu ilə qarşılaşacaq. İlk matç avqustun 6-sı Nikosiyada, təkrar görüş avqustun 13-ü Bakıda keçiriləcək. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.